Press "Enter" to skip to content

ASAN könüllülərindən daha bir layihə

Layihə iştirakçılarının xatirə fotosu

Son yeniləmə: 3 Fevral 2023 15:13

BAYRAQDAR MEDİA – 27 yanvar – 2 fevral tarixində “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Dinamik Gənclik Həftəsi III” layihəsi reallaşdırılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 3-də “ASAN xidmət”dən məlumat verilib.

Bildiriib ki, 3-cü dəfədir təşkil olunan layihənin əsas məqsədi Azərbaycan gənclərinin maarifləndirilməsi, inklüziv cəmiyyət dəyərlərinə əsaslanması, yeni dostluq əlaqələrinin qurulması, şəbəkələşmənin təmin olunmasıdır: “Həmçinin komanda quruculuğunun, ideya formalaşdırma bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtın səmərəli keçirilməsi, nümunəvi vərdişlərin qazanılması əsas hədəflər olub. Layihə müddətində müxtəlif təlimlər, maarifləndirici seminarlar, motivasiyaedici görüşlər, ustad dərsləri, komanda oyunları, intellektual yarış, şahmat turniri və əyləncə proqramı təşkil olunub”.

Məlumata əsasən könüllülər bu müddətdə, həmçinin Miniatür Kitab Muzeyinə, Arxeologiya və Etnoqrafiya Muzeyinə ekskursiya ediblər.

“Dinamik Gənclik Həftəsi III” layihəsində 200-dən çox ASAN könüllüsü iştirak edib.

Mission News Theme by Compete Themes.