Press "Enter" to skip to content

“Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsi nəşr edilib

Son yeniləmə: 3 Fevral 2023 15:31

BAYRAQDAR MEDİADövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, bu nömrədə Azərbaycanda rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seşimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlaının izahı və tövsiyələr, test tapşırığı nümunələri və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Məlumata əsasən, kitabları “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Mission News Theme by Compete Themes.