Press "Enter" to skip to content

Bu adam zəlzələnin harada və neçə bal olacağını dəqiq demişdi…

Frank Hugerbits (Frank Hoogerbeets) bir neçə gün öncə zəlzələnin yerini göstərərkən...

Son yeniləmə: 6 Fevral 2023 21:41

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə fevralın 6-sı səhər saat 4.17-də ilki olmaqla gün ərzində davam edən güclü zəlzələlərin proqnozu 4 gün öncə verilibmiş. Özü də yeri dəqiqliklə göstərilərək. Düzdür, bu dəqiqlikdə azacıq yanılma var, amma zəlzələnin gücü belə dəqiq göstərilib.

Frank Hugerbits (Frank Hoogerbeets) adlı holland alim özünün sosial media hesabında fevralın 2-də xəritəli paylaşım edərək yazırdı: “Tez və ya gec bu bölgədə (Güney-Orta Türkiyə, İordaniya, Suriya, Livan) 7,5 bal gücündə zəlzələ olacaq”.

Qeyd edək ki, F.Hugerbits Günəş Sisteminin Həndəsi Araşdırmaları (Solar System Geometry Survey) adlı araşdırma qurumunda araşdırmaçı olaraq işləyir.

Alim qardaş Türkiyədə zəlzələ baş verdikdən sonra da paylaşım edərək bunun planetlərin düzülüşü ilə əlaqəli olması haqqında fikir irəli sürüb: “Mənim ürəyim Orta Türkiyədə baş vermiş əsas zəlzələdən zərər çəkən hər kəslə birdir. Daha öncə də bildirdiyim kimi, bölgədə bu, 115-ci və 526-cı illərdə olduğu kimi, tez və ya gec baş verməli idi. Bu zəlzələlər həmişə fevralın 4-5-də olduğu kimi planetlərin kritik düzülüşünün ardınca baş verir”.

Əlavə edək ki, F.Hugerbitsin xatırlatdığı zəlzələlərdən biri 13 dekabr 115-ci ildə məhz 6 fevral 2023-cü ildə baş vermiş coğrafiyanı əhatə edib. Düzdür, o zəlzələnin episentri indikindən bir qədər Güneydə olub. Amma gücü 7,5 bal təşkil edib və gecə baş verib. Nəticədə təxminən 260 min insan həlak olub.

526-cı ildə baş vermiş zəlzələ isə həmin ilin may ayına təsadüf edib. Yer eyni olub. 250 minə qədər insanın ölməsi təxmin edilir. Bu zəlzələnin gücü 7,0 bal olub və səhərə yaxın baş verib…

Onu da qeyd edək ki, bu iki zəlzələnin episentri Roma, sonradan da Bizans imperiyasına daxil olan Antioxiya şəhərinə tuş gəlib…

Antioxiya zəlzələrinin episentri
Antioxiya zəlzələrinin episentri

Qeyd: Bilgilər açıq mənbələrdən götürülüb.

Mission News Theme by Compete Themes.