Press "Enter" to skip to content

Bu terror hücumu son dərəcə iyrənc bir addımdır

Zeynel Abidin Kiymaz

Zeynel Abidin Kıymaz: Heç kimin, heç bir qüvvənin Azərbaycanı bu cür hücumlarla qorxutmağa gücü çatmaz

BAYRAQDAR MEDİA – “Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu son dərəcə iyrənc bir addımdır. Qatili himayə edən, qoruyan, yaxud da bu cinayətə göz yuman, bildiyi halda öncədən hansısa tədbir görməyən, bu cinayətə ortaq olan hər kəsi şiddət və nifrətlə qınayıram”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin GAP Gazeteciler Birliğinin genel başqanı Zeynel Abidin Kıymaz deyib.

O, qeyd edib ki, bu qanlı terror əməli Azərbaycana qarşı edilən bağışlanmaz cinayətdir: “Lakin hər kəs bilsin ki, Azərbaycan dövləti və xalqı yalqız deyil. Üç yüz milyonluq türk dünyası Azərbaycanın arxasındadır. Heç kimin, heç bir qüvvənin Azərbaycanı bu cür hücumlarla qorxutmağa gücü çatmaz. Biz Azərbaycanın yanındayıq”.

GAP genel başqanı ümid etdiyini bildirib ki, İran rəsmiləri bu qatilin arxasındakı qüvvələrin kimliyinin ortaya çıxması üçün lazım olan addımı atacaqlar: “Eyni zamanda Türkiyə və Azərbaycan bu cinayətin sifarişçilərinin müəyyən olunması üçün lazım olan addımı atacaq. Mən terror hücumu zamanı şəhid olan qardaşımıza Allahdan rəhmət, yaralı qardaşlarımıza isə şəfa diləyirəm. Azərbaycan xalqına baş sağlığı verirəm”.

Mission News Theme by Compete Themes.