Press "Enter" to skip to content

Türkiyənin vitse-prezidenti Azərbaycana təşəkkür edib

Türkiyədə zəlzələ

BAYRAQDAR MEDİA – Fevralın 7-də Baş nazir Əli Əsədov qardaş Türkiyənin vitse-prezidenti Fuat Oktayla telefon əlaqəsi saxlayıb.

Xəbəri BAYRAQDAR MEDİA-ya Nazirlər Kabinetindən veriblər.

“Telefon danışığı əsnasında Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı F.Oktaya dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanlara şəfa dilənib”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “F.Oktay bu çətin məqamda qardaş Azərbaycanın Türkiyə ilə həmrəyliyini yüksək qiymətləndirib, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə ölkəmiz tərəfindən davamlı şəkildə göstərilən yardıma, zəlzələ bölgəsində həyata keçirilən axtarış-xilasetmə əməliyyatlarına dəstəyə görə minnətdarlığını bildirib”.

Mission News Theme by Compete Themes.