Press "Enter" to skip to content

Prezident İlham Əliyev Türkiyə səfirliyində – VİDEO

İlham Əliyev Türkiyə səfirliyində

Son yeniləmə: 8 Fevral 2023 23:11

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə səfirliyində olub, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Səfir Cahit Bağcı Prezident İ.Əliyevi qarşıladıqdan sonra dövlət başçısı matəm kitabına ürək sözlərini yazıb.

İ.Əliyev eyni zamanda qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Azərbaycan xalqı və şəxsi adına üzüntüsünü dilə gətirib, hər zamankı kimi Türkiyənin yanında olacağını bildirib.

Səfir C.Bağcı da öz növbəsində göstərilən həssaslığa görə Prezident İ.Əliyevə və Azərbaycan xalqına minnətdar olduqlarını deyib.

Mission News Theme by Compete Themes.