Press "Enter" to skip to content

“Charlie Hebdo”nun növbəti tərbiyəsizliyi təsadüfi deyil

Aqil Ələsgər

Son yeniləmə: 9 Fevral 2023 17:35

Aqil Ələsgər: Kahramanmaraşla bağlı fransızların başqa quyruq acısı var

BAYRAQDAR MEDİA – “Əslində bunun arxasında türk düşmənliyi dayanır. Ermənistanın bacısı olan Fransa istənilən məsələdən və faciədən mədət ummağa çalışır. Çünki hansısa formada türkü uda bilməyəcəyini anlayır”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Yeni Çağ” Media Qrupunun rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər deyib.

Xatırladaq ki, Fransanın “Charlie Hebdo” jurnalı növbəti dəfə türk düşmənliyi sərgiləyib. Jurnal Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı “Tanklara ehtiyac qalmadı” başlıqlı karikatura verib.

Sözügedən məqama toxunan A.Ələsgər deyib ki, Kahramanmaraşla bağlı fransızların başqa quyruq acısı var: “Bu quyruq acısı milli mübarizə illərinə dayanır. Milli mübarizənin timsalı olan Sütçü İmamın fransızları Kahramanmaraşdan necə qovması ilə bağlıdır. Məlumdur ki, Qurtuluş Savaşında Kahramanmaraş və ətrafı fransızlar tərəfindən işğal olunmuşdu. Fransızlara qarşı milli mübarizəni başladan və Mustafa Kemal Atatürkün fransızlara qarşı başlatdığı prosesə dəstək verənlərin başında bu bölgənin insanlarından olan Sütçü İmam gəlirdi. Məhz onun başçılığı altında türklər fransızları öz torpaqlarından qovdular”.

Türkiyəli rəssam “Charlie Hebdo”ya tutarlı cavab verib
Türkiyəli rəssam “Charlie Hebdo”ya tutarlı cavab verib

Müsahibimiz qeyd edib ki, o dövrdən etibarən Fransanın Türkiyəyə qarşı quyruq acısı vardı və “Charlie Hebdo” jurnalındakı karikatura ilə məhz bu acıdan dolayı öz aləmlərində intiqam almağa çalışırlar: “Bu isə Qərbin nə dərəcədə çirkin olduğunu və əxlaqsız savaş qaydalarına əl ata biləcəyini ortaya qoymaqdadır. Bütün hallarda bu cür əməllərə qarşı biz daha da birləşməli və əvvəlkindən də həmrəy şəkildə mübarizəmizi davam etdirməliyik”.

Mission News Theme by Compete Themes.