Press "Enter" to skip to content

Dünyanın ən böyük innovasiya festivallarından biri

Təqdimat zamanı

Son yeniləmə: 9 Fevral 2023 17:20

BAYRAQDAR MEDİABirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi “UAE innovates 2023”ün təqdimatını keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 9-da səfirlikdən məlumat verilib.

Bildirilib ki, onlayn formatda keçirilən təqdimatı giriş sözü ilə Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı diplomatik missiya rəhbərinin müavini Abdalla Al Shamsi açıb.

O, deyib ki, innovasiyalar iqtisadi artımı təşviq etmək, rəqabət qabiliyyətini artırmaq və yeni iş imkanları təmin etmək üçün açardır:“1971-ci ildə təsis edildiyi gündən etibarən Birləşmiş Ərəb Əmirlikləri sosial və iqtisadi statusunu yüksəltməklə daim innovasiya və yaradıcılıq simvolu kimi fərqlənmişdir”.
Abdalla Al Shamsi qeyd edib ki, “UAE Innovates” ümummilli səviyyədə qeyd olunur və dünyanın ən böyük innovasiya festivallarından biridir.

Vurğulanıb ki, “UAE Innovates” hökumətin, özəl sektorun və fərdlərin geniş yayılmış innovasiya mədəniyyətinin yaradılmasına kömək etmək üçün birgə səyidir. BƏƏ İnnovasiyalar Mükafatı 2021-ci ilin fevralında təqdim edilib. Bu, BƏƏ-nin innovativ ideyaları və onların hökumət sektorunda tətbiqini dəstəkləmək və BƏƏ-nin dünya miqyasında ən innovativ ölkələrdən biri kimi mövqeyini təşviq etmək üzrə davamlı səylərinə müvafiqdir” deyə Al Shamsi əlavə edib.

O, BƏƏ-nin kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavinin Bakıya səfərini xatırladaraq, qeyd edib ki, həm BƏƏ, həm də Azərbaycan xalqların rifahına xidmət edən innovasiyalara böyük önəm verir.

“Daha sonra tədbir Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin məsləhətçisi Ləman Qənbərovanın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsinin müdiri Semral Əliyevin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İnnovasiya ekosistemi departamentinin rəhbəri İgor Ovçarenkonun və Agentliyin PR meneceri Günel Əhmədovanın Azərbaycanda innovasiyalar, start-uplar, BƏƏ ilə bu sahədə əməkdaşlığın perspektivləri və imkanlar barəsində çıxışları ilə davam edib” deyə məlumatda bildirilib.

Mission News Theme by Compete Themes.