Press "Enter" to skip to content

Əlilliyi olan şəxslər sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilənlər

Son yeniləmə: 10 Fevral 2023 15:19

BAYRAQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 33 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 10-da nazirlikdən məlumat verilib.

Bildirilib ki, yollayışla təmin olunanlar arasında 18 yaşınadək əlilliyi olan şəxslər də var: “Onlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Vətəndaşlar Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicə kursu keçəcəklər”.

Qeyd edilib ki, Sosial Xidmətlər Agentliyi tərəfindən ötən il ərzində 3 min 200 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb: “Onlardan 550-si şəhid ailələrinin üzvləridir”.

Mission News Theme by Compete Themes.