Press "Enter" to skip to content

Zəlzələ gerçəkləri. Əsl qardaşlıq budur

Ali Ekber Tufan Azərbaycan xilasediciləri ilə birlikdə

Son yeniləmə: 10 Fevral 2023 16:19

Ali Ekber Tufan: Azərbaycanlı xilasedicilərin əzmkarlığı bizi çox duyğulandırdı

BAYRAQDAR MEDİA – Məlum oldğuğu kimi, Azərbaycanın xilasetmə qrupları qardaş Türkiyədədir. Onlar zəlzələ bölgəsində, Kahramanmaraşda xilasetmə əməliyyatlarında iştirak edirlər.

Bu arada Türkiyə Cumhurbaşqanlığı Kurul Üyesi Prof. Dr. Aygün Attarın danışmanı, TADİV Genel koordinatoru Ali Ekber Tufan və əmisi, Türk Japon Vakfı başqanı Nejat Bora Sayan Azərbaycanın xilasetmə qrupları ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 10-da Ali Ekber Tufan məlumat verib.

O, “Can Azərbaycandan Kahramanmaraşa yardım üçün gələn can əsgərlərimizi və Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə heyətini ziyarət etdik. Onların necə böyük məsuliyyətlə axtarış işlərinə qoşulduqlarını gördük. Ürəkləri bəlkə də bizdən daha çox çırpınırdı. Düzü, onların əzmkarlığı bizi çox duyğulandırdı” deyib.

Ali Ekber Tufan görüşlə bağlı maraqlı bir məqama da toxunub: “Biz əraziyə yardım aparmışdıq. Eyni zamanda, onlara da bir qədər ərzaq yardımı etmək istədik. Lakin israrlarımıza rəğmən yardımlarımızı qəbul etməyərək, “ehtiyacı olan qardaşlara aparın” dedilər. Bax, əsl qardaşlıq budur!”

https://twitter.com/aliekbertufan/status/1623769680321060866?s=20

Mission News Theme by Compete Themes.