Press "Enter" to skip to content

NATO-nun təlim kursu başa çatıb

Kursu bitirənlərin xatirə fotosu

Son yeniləmə: 10 Fevral 2023 15:58

BAYRAQDAR MEDİA – NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda keçirilən “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” təlim kursu başa çatıb. Təlim kursu Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində keçirilib.

Müdafiə Nazirliyindən fevralın 10-da BAYRAQDAR MEDİA-ya daxil olan xəbərə əsasən, əvvəlcə kursun yekunlarına dair brifinq təqdim edilib.

Xəbərdə bildirilir ki, “çıxış edənlər Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıb, kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar”.

Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

Mission News Theme by Compete Themes.