Press "Enter" to skip to content

Azərbaycanlı xilasedicilər 51 nəfəri sağ çıxarıb – VİDEO

Azərbaycanlı xilasedicilər iş başında

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına ilə Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Xəbəri fevralın 12-də FHN-dən veriblər.

Xəbərdə deyilir ki, qurumun xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş bölgəsində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 518 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

FHN-dən o da bildirilib ki, qurumun ikinci mobil səhra hospitalını daşıyan təyyarə qardaş ölkənin İncirlik Hava Limanına eniş edib.

Mission News Theme by Compete Themes.