Press "Enter" to skip to content

Türkiyədə universitetlər onlayn təhsilə keçir – RƏSMİ

Yükseköğretim Kurulu

BAYRAQDAR MEDİA – Qardaş ölkə Türkiyədə ali məktəblərdə təhsil tam olaraq onlayn olacaq. Bu haqda Yükseköğretim Kurulu fevralın 11-də elan verib.

Elanda bildirilir ki, “Kahramanmaraş mərkəzli zəlzələ fəlakətinin ölkə boyu təsiri səbəbi ilə Yükseköğretim Kurulu tərəfindən 2022-2023-cü təhsil və təlim ili bahar dönəminin uzaqdan təhsil yoluyla tamamlanmasının uyğun olduğuna qərar verilmişdir. Uzaqdan təhsillə bağlı ayrıntılar, bu çərçivədə alınacaq tədbirlər, tibb, diş həkimliyi kimi sağlamlıq proqramları ilə staj, praktika və bənzəri xüsuslar ayrıca dəyərləndirilib önümüzdəki günlərdə ictimaiyyətlə paylaşılacaqdır”.

Qeyd edək ki, Türkiyədə Azərbaycandan da xeyli sayda tələbə oxuyur. Uzaqdan təhsil səbəbilə onların da ölkəyə dönməsi zərurəti yaranmışdır. Fors major halı olduğu üçün dövlətin vətəndaşlara güzəştli nəqliyyat imkanları təmin etməsi tələbə ailələrinin gözləntisidir.

Mission News Theme by Compete Themes.