Press "Enter" to skip to content

630-dan çox şəxs peşə hazırlığına cəlb edilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il daha 632 nəfər peşə hazırlığına cəlb olunub.

ƏƏSMN-dən fevralın 13-də BAYRAQDAR MEDİA-ya verilən xəbərdə deyilir ki, onlardan 370 nəfərinə Agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində, 262 nəfərinə üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub: “Kurslarda dərzi, İT üzrə texniki dəstək mütəxəssisi, nəzarətçi-xəzinədar, mühasib, xalçaçı, insan resursları mütəxəssisi, elektrik aparat və cihazlarının sazlayıcısı və s. peşələr öyrədilir”.

Qeyd edilib ki, kurs müddətində müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur və kursları uğurla bitirən şəxslərin məşğulluğuna da dəstək göstəriləcək.

Mission News Theme by Compete Themes.