Press "Enter" to skip to content

Aşkaledə zəlzələ qurbanları üçün sobalar istehsal olunur

Zəlzələ bölgəsi üçün sobalar istehsal edilir

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələdən zərər çəkənlərə yardım davam edir. Bu arada Erzurumun Aşkale ilçesində zəlzələdən zərər çəkənlər üçün soba istehsalına başlanıb.

Kars Manşet xəbər verir ki, Aşkale İlçe Kaymakamlığı Milli Təhsil Müdirliyi və rayon əhalisinin birgə başlatdığı fəlakət qurbanları üçün soba istehsalı bütün sürəti ilə davam edir.

Qeyd edilir ki, İlçe Kaymakamlığının koordinasiyasında Aşkale Peşə və Texniki Liseyi idarəçiləri, müəllimlər və Aşkaledən olan könüllü sənətkarların səyləri ilə zəlzələ bölgəsi üçün sobalar hazırlanır.

Quraşdırılan sobalar və hazırlanan odun ən qısa zamanda təbii fəlakət bölgəsinə göndəriləcək.

Mission News Theme by Compete Themes.