Press "Enter" to skip to content

Azərbaycanın Dövlət Himni jest dilində səsləndirilib

Bağlanış mərasimindən xatirə fotosu

BAYRAQDAR MEDİAAzərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İdeyanı reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalibi olan “Danışan bədənlər inklüziv teatrda” layihəsinin bağlanış mərasimi olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya layihə rəhbəri Günay Allahverdiyeva məlumat verib.

Məlumatda deiylir ki, G.Allahverdiyevanın açıq elan etdiyi tədbirin əvvəlində gənclər Azərbaycanın Dövlət Himnini jest dilində səsləndirib: “Həmçinin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib”.

G.Allahverdiyeva bildirib ki, layihənin məqsədi inklüzivliyi olan gənclərlə sosial fəaliiyəti olan gənclərin simulizasiyasını təşkil etmək, eyni zamanda inklüziv teatr sahəsində məlumatlandırmaq və qazanılmış bilikləri müxtəlif teatr qruplarında tətbiq etdirməkdir: “Gənclər müxtəlif zamanlarda “İnkzluziyaya psixoloji və antropoloji baxış”, “Komanda işi” və “Jest dili” (İşarət dili) mövzularında təlim və dərslərə qatılıb. “İnklüziyaya psixoloji və antropoloji baxış” adlı təlimlər Orxan Adıgözəl və Ayxan Mehdizadənin təqdimatında keçirilib. Təlim müddətində gənclər inklüzivlik və inklüziv teatr haqqında məlumatlara yiyələnib. Eyni zamanda inklüzivliyin tarixi, inklüzivliyə insanların psixoloji baxışları haqqında diskussiyalar aparılıb. Müxtəlif dövrlərdə “məhdudiyyətli cəmiyyət” adlanan insanlara antropoloji baxışlar müzakirə edilib”.

Növbəti təlim isə G.Allahverdiyevanın təqdimatında “Komanda işi” mövzusunda olub: “Gənclər liderlik, komanda, qrup işləri haqqında məlumatlara yiyələnib və qruplara bölünərək əldə edilən məlumatları komanda işlərində tətbiq ediblər. Eyni zamanda layihə müddətində bölünəcək 5 qrup təyin edilmiş və qrup üzvləri müəyyənləşdirilib. “Sərhədsiz”, “Bir ovuc dünya”, “Penta-Mono”, “Legend Team”, “Səssiz Səs” komandalarının olması qərarlaşdırılıb”.

Sonuncu mərhələdə isə Səssiz Ünsiyyət-Jest dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Şamil Sabirzadə və sədr müavini Könül Quliyevanın birgə iştirakı ilə “Jest dili” dərsləri keçirilib: “Layihə müddətində gənclər işarət dilində dövlət himnini səsləndirməyi öyrəniblər. Müxtəlif qruplara bölünmüş gənclər teatr məşqlərinə başlayıblar. 5 qrupa bölünmüş gənclər müxtəlif teatr səhnələri canlandırıblar. Layihənin dəyərləndirilməsində müxtəlif ekspert rəyləri nəzərə alınıb. Ekspertlər layihə rəhbəri Günay Allahverdiyeva olmaqla Gülşən Eminova, Ayxan Mehdizadə və Elşad Abdulla iştirak ediblər. Bağlanış mərasimində I yeri tutmuş gənclər diplom, medal və müxtəlif hədiyyələr, II və III yeri tutmuş gənclər diplom və medal ilə təltif olunublar”.

Mission News Theme by Compete Themes.