Press "Enter" to skip to content

Ülkü Ocaqları çadır şəhərcikləri üçün səfərbər olunub

Ülkü Ocaqlarının hazırladıqları çadırlar

Son yeniləmə: 13 Fevral 2023 15:38

BAYRAQDAR MEDİA – Türkiyənin Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi zəlzələ qurbanlarının hər cür ehtiyaclarını qarşılamaq üçün səylərini davam etdirir.

Axtarış-xilasetmə və yardım fəaliyyətlərindən sonra çadır istehsal edən Ülkü Ocaqları çadır şəhərciklərinin sanitar qovşağı və hamam ehtiyaclarını qarşılamaq üçün də işə başlayıb.

Bengü Turk xəbər verir ki, qurumun genel başqanı Ahmet Yiğit Yıldırım bununla bağlı sosial media hesabında paylaşım edib.

O, paylaşımında yazıb: “Genel başqanımız Devlet Bahçelinin göstərişi ilə zəlzələnin ilk günündən vətəndaşlarımızın yaralarını sarmağa çalışırıq. Allahın izni, dövlətimizin dəstəyi ilə yaraları ən qısa zamanda birlikdə saracağıq. Ülkü Ocaqları olaraq AFAD-ın koordinasiyasında istehsal etdiyimiz çadırlarla zəlzələ bölgələrində çadır şəhərcikləri qurmağa hazırlaşırıq”.

Mission News Theme by Compete Themes.