Press "Enter" to skip to content

Avstraliyadakı azərbaycanlılar da Türkiyəyə yardım üçün səfərbər olunublar

Avstraliyada soydaşlaırmız yardım kampaniyası təşkil edib

Son yeniləmə: 14 Fevral 2023 13:34

BAYRAQDAR MEDİA – “Dünyanın hər yerində olduğu kimi Avstraliyada da o taylı, bu taylı azərbaycanlılar Türkiyəyə yardım üçün səfərbər olunublar.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azerbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Mərkəzi Şura üzvü Bulut Alemdar deyib.

Anım mərasimi zamanı
Anım mərasimi zamanı

Onun sözlərinə görə, fevralın 14-də Avstraliyanın Brisbane və Gold Coast şəhərlərində Türkiyədə zəlzələdə həyatlarını itirənlər üçün anım törəni keçirilib: “Anım mərasiminə qatılanlar bu ağır günlərdə qardaş ölkə ilə həmrəyliklərini nümayiş etdiriblər”.

B.Alemdar deyib ki, mərasim çərçivəsində, həmçinin, zəlzələdən zərər çəkənlərə yardım kampaniyası da keçirilib: “Kampaniya çərçivəsində yığılan yardmlar tezliklə Türkiyəyə göndəriləcək”.

Mission News Theme by Compete Themes.