Press "Enter" to skip to content

Denizli qadınlarından örnək addım

Zələlədən zərər çəkənlər üçün çörək bişirən Denizli qadınları

Son yeniləmə: 14 Fevral 2023 15:32

Zəlzələdən zərərçəkənlər üçün çörək bişirirlər

BAYRAQDAR MEDİA – Qardaş ölkədə, Kahramanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərin qurbanı olan minlərlə vətəndaşa yardım səfərbərliyi davam edir. Zəlzələnin ilk anından maddi və mənəvi işlərə dəstək verən Denizlidən də bu istiqamətdə yardımlar davam edir.

Bu arada Denizlidə bir araya gələn kənd qadınları örnək addım atıblar.

Hizmet Gazetesi xəbər verir ki, Acıpayam mahalının Ovayurt rayonunda kənd qadınları “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələnin yaralarını öz imkanları ilə sağaltmağa çalışır. Onlar zəlzələ qurbanlarına göndərilmək üçün çörək, yuxa və digər xəmir məmulatları hazırlayır: “Bölgəyə lazım olan əsas qida məhsullarını hazırlamaq üçün toplaşan xanımlar ocaq başına keçiblər. Zəlzələdən zərərçəkənlərin çörək, xəmir, yuxa kimi əsas ehtiyaclarını hazırlamaq üçün saatlarla birlikdə çalışan kənd qadınları səfərbərliklərini davam etdirirlər”.

Ovayurt mahalının muhtarı Onur Karakuş fəlakətdən sonra məhəllədə yardım kampaniyasına başladıqlarını deyib.

Mission News Theme by Compete Themes.