Press "Enter" to skip to content

Kahramanmaraşda FHN qərargahının növbəti toplantısı

Qərargah toplantısı

Son yeniləmə: 14 Fevral 2023 14:43

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Xəbər BAYRAQDAR MEDİA-ya fevralın 14-də FHN-dən verilib.

Xəbərə görə, Kahramanmaraş bölgəsində təşkil edilmiş FHN xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə növbəti toplantı keçirilib.

Xəbərdə bildirilir ki, “toplantıda hazırkı əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib”.

Mission News Theme by Compete Themes.