Press "Enter" to skip to content

Osmangazi Universitetinin rəhbərliyindən yaralıları ziyarət

Osmangazi Universitetinin rəhbərliyi xəstələr barədə məlumat alarkən

Son yeniləmə: 14 Fevral 2023 13:54

BAYRAQDAR MEDİA – Qardaş ölkədəki dəhşətli zəlzələdən zərə çəkənlərin bir qismi də Eskişehirə gətirilib. Həmin vaxt yaralananlar hazırda şəhərin müxtəlif xəstəxanalarında, o cümlədən Eskişehir Osmangazi Universitetinin (ESOGÜ) Sağlamlıq, Tətbiq və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Bu arada universitetin rəhbərliyi xəstəxanadı həmin yaralıları ziyarət edib.

Eskişehirnet xəbər verir ki, ziyarətdə Osmangazi Üniversitetinin rektoru Prof. Dr. Kamil Çolak, rektor yardımcıları Prof. Dr. Ramazan Erdağ, Prof. Dr. Kürşat Bora Çarman və Prof. Dr. Hakan Demiral ilə Baş həkim Prof. Dr. Nurettin Erben iştirak edib.

Ziyarət zamanı xəstələrin vəziyyəti ilə bağlı həkimlərdən məlumat alınıb.

Baş həkimin verdiyi açıqlamada, zəlzələnin ilk günündən bu yana bölgədən 80 xəstəyə xəstəxanada ambulator xidmət göstərildiyi, bu xəstələrin evə buraxıldığı, 31 xəstənin stasionar müalicə aldığı bildirilib.

Açıqlamada 12 xəstənin əməliyyat olunduğu da qeyd edilib.

Mission News Theme by Compete Themes.