Press "Enter" to skip to content

Azərbaycan haqqında özbək dilində məqalələrin təqdimatı

Təqdimatdan görüntü

BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə Daşkənddə keçirilən “Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq və Əməkdaşlıq Forumu” haqqında xəbər vermişdik.

Azərbaycan və Özbəkistan gənclərinin Forumu keçirilib

Bəlli olub ki, Forum çərçivəsində wikipedia.org Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair özbək dillində yaradılan bölmələrin təqdimatı olub.

Bu haqda xəbər fevralın 15-də BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən verilib.

Mərkəzin direktoru Samir Abbasov öz çıxışında internetdə, elektron və çap mediada Azərbaycana dair özbək dilində məlumatların zənginləşdirilməsi, bu istiqamətdə özbək mətbuatı ilə yaradılan sıx əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, “Mərkəzin informasiya dəstəyi, habelə wikipediya könüllülərinin iştirakı ilə Ensiklopediyada Azərbaycana dair özbək dili versiyasının yaradılması işinə başlanılıb”.

Xəbərdə deyilir ki, “ötən 6 ildə Özbəkistanda wikipediya könüllüləri tərəfindən məlumatların seçilməsi, sistemləşdirilməsi, tərcüməsi və onlayn ensiklopediyada yerləşdirilməsi həyata keçirilib. Layihə çərçivəsində internetdə Azərbaycana dair özbək dilində informasiya əldə etmək istəyən hər bir istifadəçi ölkəmizə dair dolğun və obyektiv məlumat əldə etmək imkanı qazanıb”.

Daha sonra tədbir iştirakçılarına Mərkəzin saytında “Azərbaycan wikipediyada” adlı bölmədə yerləşdirilmiş və özbək dilində yaradılmış məqalələr təqdim edilib.

Tədbir zamanı Mərkəzin inspektoru Kərimulla Məmmədzadə xüsusi təqdimatla çıxış edib. Qeyd olunub ki, ötən dövr ərzində Ensiklopediyada özbək dilində Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair Ozarbayjon, Ozarbayjon Demokratik Respublikasi, Haydar Aliyev, Ilhom Aliyev, Mehribon Aliyeva, Haydar Aliyev jamgʼarmasi, Laylo Aliyeva, Ozarbayjon xalqining Milliy najot kuni, Asr shartnomasi, Ozarbayjon madaniyati, Qiz qalʼasi, Kelagʼayi, Ozarbayjon ashug sanʼati, Kitobi dadam Qoʼrqut, Koʼroʼgli dostoni, Ozarbayjon kinosi, Ozarbayjon oshxonasi, Davlat bayrogʼi maydoni, Icheri-sheher, Ateshgax, Kobuston davlat tarixiy-badiiy qoʼriqxonasi adlı bölmələr istifadəyə verilib.

Bundan başqa, Ermənistanın Azərbaycana təcavüzü, torpaqları işğal etməsi, həyata keçirdiyi soyqırım siyasətinə dair yaradılmış Mart genotsidi, Qora yanvar, Qorabogʼ mojarosi, Qorakent fojiasi, Xodjali genotsidi, Xonkandi, Zangezur, Gubadli tumani, Irevan Davlat Ozarbayjon Drama Teatri, Shusha tumani, Xaribulbul musiqa festivali, Fuzuliy tumani, Agʼdam tumani, Jabrayil tumani, Xudaferin koʼpriklari, Shusha Davlat Tarixiy-Meʼmoriy Qoʼriqxonasi, Lachin, Kalbajar, Iravan xonligi, Qorabogʼ, Susuzlug qishlogʼi yaqinida portlash, Polad Hoshimov başlıqlı məqalələr onlayn istifadəçilərə təqdim edilib.

Xəbərdə daha sonra bildirilib ki, “yaradılmış bölmələrdə Azərbaycanın tanınmış elm, mədəniyyət, ədəbiyyat xadimləri haqqında məqalələrə üstünlük verilmiş, Nizomiy Ganjaviy, Muhammad Fuzuliy, Imomiddin Nasimiy, Said Azim Shirvoniy, Mirzo Alakbar Sobir, Jalil Mammadqulizoda, Husayn Jovid, Xurshudbonu Natavon, Narimon Narimonov, Abdurahimbek Haqverdiyev, Uzeyir Hajibeyov, Mikayil Mushfig, Xon Shushinskiy, Fikret Amirov və başqa ədiblərimizə dair yaradılmış məqalələr nümayiş etdirilib”.

Sonda təqdimatda iştirak edən özbək gənclər layihəyə və yaradılmış bölmələrə dair suallar səsləndiriblər.

Mission News Theme by Compete Themes.