Press "Enter" to skip to content

Dərs-ekskursiyalar keçirilir

Dərs-ekskursiya zamanı

Son yeniləmə: 16 Fevral 2023 15:21

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri tərəfindən Bakı Zooloji Parkında dərslər keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 16-da BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərs-ekskursiyalar Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan “Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair Təlimat” və “Zooparkda keçirilməsi tövsiyə edilən mövzuların siyahısı”na əsasən təşkil edilir: “Dərs-ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir. Bakı Zooloji Parkında əsasən həyat bilgisi, biologiya və coğrafiya fənləri üzrə dərslər keçirilir”.

Məlumata əsasən, dərs-ekskursiyalar “Canlılar aləmi”, “Yer təbiətinin müxtəlifliyi”, “Canlıların müxtəlifliyi”, “Heyvanlar və bitkilər”, “Bitki və heyvanların yaşayış mühiti”, “Azərbaycanın bitki və heyvanlar aləmi”, “Canlıların yaşadığı yerlər” və s. mövzular əsasında təşkil olunur: “Dərs-ekskursiyanın gedişində dərsə dair tədqiqat sualları qoyularaq müvafiq tapşırıqlar verilir. Ekskursiyalardan sonra şagirdlərə zoopark və oradakı heyvanlar barədə fikir və təəssüratlarını əks etdirən esse yazmaları və ya təqdimat hazırlamaları tapşırılır”.

Mission News Theme by Compete Themes.