Press "Enter" to skip to content

Həsən Turan İraq parlamentinin sədr müavinini qəbul edib

Görüş zamanı

Son yeniləmə: 16 Fevral 2023 16:56

BAYRAQDAR MEDİA – Iraq Türkmən Cəbhəsinin sədri Həsən Turan İraq parlamentinin sədr müavini Şahhavan Abdullahı və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. Görüş ITF-in qərargahında olub.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumatda deyilir ki, İTF-in sədr müavini Heytem Haşim Muxtaroğlu, Hişam Bayraktar və ITF siyasi büro üzvlərinin də iştirak etdiyi görüşdə İraqdakı son hadisələr, ikitərəfli əlaqələr, həmçinin, Kərküklə bağlı məsələlər müzakirə edilib.

Görüş zamanı hər iki tərəf Kərkükdə mübahisəli kənd təsərrüfatı torpaqları probleminin Birləşmiş Millətlər Təşkilatının danışıqları çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Bundan əlavə, Ş.Abdullah “Türkmənlər İraqın nəcib ünsürlərindən biridir, siyasi proseslərdə mühüm mövqeyə malikdirlər” deyib.

İclasın sonunda H.Turan türkmənlərin İraq Nazirlər Şurasında təmsil olunmasının vacibliyini bildirib və parlamentdən bununla bağlı addımlar atmasını tələb edib.

Mission News Theme by Compete Themes.