Press "Enter" to skip to content

Osman Zolan yenidən fəlakət bölgəsində

Osman Zolan işin gedişini izləyir

Son yeniləmə: 17 Fevral 2023 15:58

Denizli Böyükşəhər Bələdiyyəsi ərazidə çadır şəhərçiyi qurur

BAYRAQDAR MEDİA – Türkiyəni dərindən sarsıdan Kahramanmaraş mərkəzli zəlzələlərdən dərhal sonra yüzlərlə inşaat texnikası, nəqliyyat vasitəsi və personalı ilə bölgəyə gedən Denizli Böyükşəhər Bələdiyyəsi dağıntıların ən çox olduğu vilayətlərdən biri olan Hatayda başladığı işlərini davam etdirir.

Bu barədə Denizli Böyük Şəhər Bələdiyyəsindən məlumat verilib.

Bildirilib ki, axtarış-xilasetmə işlərinə əlavə olaraq, təbii fəlakət qurbanlarının təcili sığınacaq ehtiyaclarını qarşılayacaq çadır şəhərciklər qurmağa çalışan Denizli Böyükşəhər Bələdiyyəsi qrupları, AFAD-ın koordinasiyasında 6 çadır şəhərciyin infrastrukturu və formaıaşdırılması işlərini tamamlayıb.

Denizli Böyükşəhər Bələdiyyəsi Su və Kanalizasiya İdarəsi (DESKİ) qrupları fəlakət qurbanları üçün yaradılmış çadır şəhərciklərin konteyner tualet və duş sistemlərini quraşdıraraq istifadəyə hazır vəziyyətə gətirib.

Məlumata görə, yenidən fəlakət bölgəsinə gedən Bələdiyyə başqanı Osman Zolan işləri yaxından izləyir. Hatayın mərkəzində qurulmaqda olan çadır şəhərciyi ərazisinin gəzən O.Zolan, baş katibin müavini Ali Aydından məlumat alıb.

O.Zolan mətbuata açıqlamasında, “İlk gündən inşaat texnikamız, nəqliyyat vasitələrimiz və bütün şəxsi heyətimizlə fəlakət bölgəsində xalqımızın ixtiyarına verilib. Bütün komanda yoldaşlarıma ürəkdən təşəkkür edir, zəlzələdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Bölgədə nə lazımdırsa, yaralarımızı birlikdə sağaltmağa davam edəcəyik” deyib.

Mission News Theme by Compete Themes.