Press "Enter" to skip to content

Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək

Festivalın afişası

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi, Elm və Təhsil NazirliyiHeydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək.

Sözügedən Mərkəzin yaydığı xəbərdə deyilir ki, “festivalın keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır. Festival ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimatlar, rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçiriləcək”.

İştirakçıların qeydiyyatı fevralın 20-dən martın 30-dək davam edəcək.

Mission News Theme by Compete Themes.