Press "Enter" to skip to content

Eskişehirdə də binalar yoxlanılacaq

Murat Özcan

Son yeniləmə: 20 Fevral 2023 14:58

BAYRAQDAR MEDİA – Fevralın 6-da Kahramanmaraşda baş verən dəhşətli zəlzələ Türkiyənin hər yerində yaşayış və ictimai binaların yoxlanılmasını gündımə gətirib. Artıq binların ola biləcək hər hansı güclü zəlzələyə tab gətirib-gətirməyəciyini müəyyən etmək üçün yoxlamalar aparılır.Eyni istiqamətdə Eskişehirdə də işlər aparılacaq.

Bununla bağlı Eskişehir Böyükşəhər Bələdiyyəsindəki AK Parti Qrup Başkanvekili Murat Özcan təkliflə çıxış edib.

Eskişehirhaberin məlumatına görə, o, “Eskişehirdə 2000-ci ildən əvvəl tikilmiş binalar var. Təəssüf ki, 2 Sentyabr küçəsi, Sivrihisar küçəsi, Mustafa Kemal Atatürk küçəsi, Yunus Emre küçəsi kimi küçələrdəki binalar istənilən dəmir-beton keyfiyyətinə malik deyil. Eskişehirdə yüksək dərəcəli zəlzələ olduqda, ən çox hansı məhəllə və küçələrin bundan zərər görə biləcəyinə dair araşdırma aparılmalıdır. Bu işə dərhal başlamaq lazımdır” deyib.

M.Özcan bildirib ki, bununla bağlı görüləcək bütün səyləri dəstəkləməyə hazırıq: “Eskişehrin ikinci dərəcəli zəlzələ bölgəsində olduğunu bilirik. Eskişehirdə bir fay xəttinin olduğunu da bilirik”.

Mission News Theme by Compete Themes.