Press "Enter" to skip to content

Gündəm: “Manqurt” tamaşası nümayiş olunacaq

"Manqurt"un afişası

BAYRAQDAR MEDİA – Dövlət Pantomima Teatrında fevralın 26-da dünyaca məşhur qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında psixo-plastik düşüncədə hazırlanan “Manqurt” tamaşası nümayiş olunacaq.

Teatrın yaydığı məlumatda deyilir ki, ideya müəllifi və baş rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan tamaşanın rejissoru və musiqi tərtibatçısı Ceyhun Dadaşov, rəssamı Əməkdar artist Nargilə Qəribovadır.

Tamaşada Nayman ananın oğlu Jolamanın manqurta çevrilməsi və daha sonra baş verən hadisələr əksini tapır. Manqurta çevrilən Jolaman sonda anasına qəsd edir.

Mission News Theme by Compete Themes.