Press "Enter" to skip to content

İranın fars-molla rejimi uyğurları terrorçu adlandırır

Bunlar uyğurları terrorçu adlandırır

Son yeniləmə: 20 Fevral 2023 14:39

BAYRAQDAR MEDİA – İranın rəhbəri Əli Xameneyiyə birbaşa bağlı olan “Keyhan” qəzeti uyğur türklərini terrorçu adlandırıb.

Xəbəri fevralın 20-də Azad İran Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, İbrahim Rəisinin Çinə səfəri zamanı müsəlman uyğurlara qarşı repressiyalara toxunmaması barədə tənqidlərə cavab olaraq “Keyhan” belə yazıb: “Onlar terror qrupudurlar və İngiltərə, Amerika, İsraillə əlaqəlidirlər”.

Qeyd edək ki, “Keyhan” qəzetinin baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneyinin göstərişi ilə bu vəzifəyə təyin olunub.

Burada gedən yazılar İranın rəhbəri Əli Xameneyinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi bu yaxınlarda Çinə etdiyi rəsmi səfərdə uyğurlara basqıları inkar edən davranış sərgiləyib.

İbrahim Rəisinin Çinə səfəri – tülkünün həccə getməsi

Mission News Theme by Compete Themes.