Press "Enter" to skip to content

Fizika fənni üzrə hazırlıq kursunun ikinci məşğələsi

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 22 Fevral 2023 18:03

BAYRAQDAR MEDİADövlət İmtahan Mərkəzində fizika fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ikinci məşğələsi keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, hazırlıq kursları həm əyani, həm də onlayn ¬¬formada keçirilib: “Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər. Moderator Əlövsət Rəcəbli müvafiq fənn kurikulumu əsasında tapşırıqların hazırlanması və onların formaları ilə bağlı təqdimatla çıxış edib. Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb”.

Hazırlıq kursunun üçüncü məşğələsi növbəti həftə keçiriləcək.

Mission News Theme by Compete Themes.