Press "Enter" to skip to content

Görkəmli şəxsiyyətin 100 illiyinə həsr edilmiş tədbir

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında Əməkdar incəsənət xadimi, şair İslam Səfərlinin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

MEK-in baş direktoru, Prof. Məmməd Əliyev giriş nitqində şairin Azərbaycan ədəbiyyatı və mədəniyyətindəki rolundan söz açıb. O, Azərbaycan var olduqca belə şairlərin daim yad olunacağını diqqətə çatdırıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov çıxışında İslam Səfərlinin təkcə şair yox, həm də əziz bir insan olduğunu bildirib. Şairin şeirlərindəki Vətənə bağlılıq və məhəbbətdən danışan tənqidçi, bu şeirlərin regional olub təkcə bir bölgəni ifadə etmədiyini, ümumən bütöv Azərbaycanı əhatə etdiyini deyib.

Tədbirin sonunda şairin qızı, şərqşünas Dilşad Səfərli BAYRAQDAR MEDİA-ya açıqlamasında atası İslam Səfərli ilə bağlı fikirlərini bölüşüb: “İslam Səfərli Azərbaycan ədəbiyyatındakı şairlər sırasında sayılıb-seçilən bir şairdir. O, həm dramaturq kimi, həm şair kimi uğurlar qazanıb. Yaşasaydı, nə qədər mahnılar, şeirlər, pyeslər ərsəyə gətirərdi”.

Dilşad Səfərli həmçinin, MEK-də keçirilən tədbir ilə bağlı təəssüratlarını bölüşərək tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edib: “Bu gün biz Mərkəzi Elmi Kitabxanadakı tədbirdə iştirak etdik. Buradakı çıxışlar, suallar, göstərilən video da çox xoşuma gəldi. Minnətdarlığımı bildirirəm ki, İslam Səfərliyə belə qiymət verilir, 100 illiyi ərəfəsində belə yad edilir. Təşəkkür edirəm”.

Şairin qızı həmçinin İslam Səfərlinin 100 illiyi münasibətilə rayonlarda da tədbirlər keçirildiyini bildirib.

Qeyd edək ki, tədbirdə İslam Səfərli haqqında video da nümayiş olunub.

İslam Səfərlinin əsərləri
İslam Səfərlinin əsərləri
Mission News Theme by Compete Themes.