Press "Enter" to skip to content

MKS-də kitabxana işi ilə bağlı maraqlı tədbir

Dos. Dr. Şəhla Tahirqızı

Son yeniləmə: 22 Fevral 2023 19:56

BAYRAQDAR MEDİA – Fevralın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS Mərkəzi Kitabxanasının 3 nömrəli filialı ilə birlikdə tədbiri keçirilib. Tədbir Azərbaycanda müstəqil dövlətçiliyin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib. “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı tədbir maraqlı çıxışlarla yadda qalıb.

Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, Dos. Dr. Şəhla Tahirqızı, araşdırmaçı yazar, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, qardaş Türkiyədəki Gazi Universitetinin doktorantı Şəhla Aslan və Xətai rayon MKS-nin əməkdaşları iştirak edib.

Xətai rayon MKS-nin əməkdaşı Gülzadə Quliyeva çıxışına türk dünyasının böyük oğlu, Azərbaycan xalqının xilaskarı Heydər Əlirza oğlu Əliyevin kitabxana haqqında dediyi fikirlə başlayıb: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.

Tədbir iştirakçılarının bir qrupu
Tədbir iştirakçılarının bir qrupu

Dos. Dr. Şəhla Tahirqızı isə çıxışında Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyevin rolundan, qayğısından danışıb. O, daha sonra Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti mövzusunda fikirlərini paylaşıb.

Tədbirlə bağlı fikirlərini BAYRAQDAR MEDİA-ya bildirən Ş.Tahirqızı deyib ki, o, “Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyevin rolu” adlı məruzəsində Ulu öndərin kitabxanalara qayğısından, ölkədə kitab mədəniyyətindən danışıb.

Şəhla Aslan isə Azərbaycanda və Türkiyədə kitabxana və kitab sektoruna dair fikirlərini paylaşıb, örnək alına biləcək nüanslardan bəhs edib.

Tədbir zamanı natiqlər Heydər Əliyevdən miras qalan, zəngin irs olan kitabxanaların vacibliyindən danışıblar.

Tədbir zamanı Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film də izlənilib.

Mission News Theme by Compete Themes.