Press "Enter" to skip to content

Azərbaycanın hərbi həkimləri qardaş ölkədə 71 əməliyyat icra edib

Hərbi həkimlər iş başında

Son yeniləmə: 23 Fevral 2023 18:29

BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyətini davam etdirir.

Bu barədə xəbər fevralın 23-də BAYRAQDAR MEDİA-ya Azərbaycan Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə bildirilib ki, “qardaş ölkədə baş vermiş zəlzələdə zərərçəkənlərə yardım göstərən tibb heyəti tərəfindən növbəti 10 cərrahi əməliyyat uğurla icra olunub, həmçinin, xəsarət alan 49 nəfər müayinə edilib”.

Daha sonra xəbərdə qeyd olunub ki, “Azərbaycanın hərbi həkimləri bu günədək ümumilikdə 71 cərrahi əməliyyat icra edib, 468 nəfərə isə ambulator yardım göstərib”.

Qeyd edilir ki, “ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunub”.

Mission News Theme by Compete Themes.