Press "Enter" to skip to content

O taylı, bu taylı azərbaycanlılar yenidən bir araya gələcək

Savaş Mərəndli

Son yeniləmə: 23 Fevral 2023 16:03

Savaş Mərəndli: Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı Londonda tədbir keçiriləcək

BAYRAQDAR MEDİA – Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı dünyanın müxtəlif yerlərində olduğu kimi Böyük Britaniyada da tədbir keçiriləcək. Builki tədbirlədən biri də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil ediləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Güney Azərbaycan İstiqlal Partiyasının Böyük Britaniyadakı nümayəndəsi, Güney Azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri Savaş Mərəndli məlumat verib.

O, qeyd edib ki, səfir Elin Süleymanovun da iştirak edəcəyi tədbirdə faciə ilə bağlı çıxışlar olacaq: “Tədbirdə həmçinin tələbələrin ifasında faciəyə həsr edilmiş şeirlər və musiqilər səsləndiriləcək”.

Savaş Mərədndli həmçinin, “Bu tədbirdə Azərbaycanın həm Güneyindən, həm də Quzeyindən olan soydaşlarımız bir araya gələcək. Ermənilərin Azərbaycan xalqının başına gətridikləri müsibətlərin sayı hesabı yoxdur. Xocalı soyqırımı isə bunlar içərisində xüsusilə fərqlənir. O taylı, bu taylı hər bir azərbaycanlı bu faciə haqqında həqiqətəri dünyaya çatdırmaq üçün hər zaman çalışmalıdır” deyib.

Mission News Theme by Compete Themes.