Press "Enter" to skip to content

Xocalı soyqırımı rəssamların gözündə

Xocalı soyqırımı

Son yeniləmə: 23 Fevral 2023 16:08

Elnurə İsgəndərova: Fevralın 24-də müxtəlif yaş qruplarında olan rəssamların əsərlərindən ibarət silsilə sərgilər keçiriləcək

BAYRAQDAR MEDİA – “Düz 31 il bundan əvvəl, 1992-ci il fevralın 26-da soyuq bir gecədə erməni silahlı qüvvələri Xocalıda soyqırımı aktı törədiblər. Hər il olduğu kimi bu il də Azərbaycan xalqı bu soyqırımı aktının qurbamlarının xatirəsini anacaq, bununla bağlı silsilə tədbirlər keçiriləcək. Biz rəssamlar da soyqırımının 31-ci ildönümü ilə bağlı bir sıra tədbir planalaşdırmışıq”

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında layihə rəhbəri Elnurə İsgəndərova deyib.

Qeyd edilib ki, faciəyə həsr edilmiş ilk sərgi Dövlət İqtisad Universitetində olub:”Davam və Qeyd İB-nin təşkilatçılığı ilə keçirilən sərgidə faciyə həsr edilmiş rəsm əsərləri nümayiş olundu”.

E.İsgəndərova daha sonra, “Fevralın 24-də isə müxtəlif yaş qruplarında olan rəssamların əsərlərindən ibarət silsilə sərgilər keçiriləcək. Saat 15:00-da uşaqların, saat 17:00-da isə böyük rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq” deyib.

Bildirilib ki, sərgilər E Mediyanın və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində olacaq.

Mission News Theme by Compete Themes.