Press "Enter" to skip to content

Bakir İzzetbegoviçdən sərt açıqlama

Bakir İzetbegoviç

Son yeniləmə: 24 Fevral 2023 13:37

BAYRAQDAR MEDİA – Bosniya və Herseqovinanın Demokratik Fəaliyyət Partiyasının (SDA) lideri Bakir İzetbegoviç sərt açıqlama verib. O, bildirib ki, koalisiya danışıqları zamanı bölgənin serb lideri Milorad Dodik və xorvat lideri Draqan Çoviçdən uyğunsuz təklif alıb. Onları SDA təmsilçilərini, necə deyırlər ayaqlarına çağırıblar. Lakin B.İzzetbegoviç bu dəvətdən imtina edib.

Balkan News xəbər verir ki, B.İzzetbegoviç M.Dodikin “müsəlmanların liderlərini xorvatlar və serblər müəyyənləşdirəcək” dediyini xatırladıb. O, bunun qəbuledilmız olduğunu bəyan edib.

B.İzzetbegoviç bu cür yanaşma ilə Bosniya və Herseqovina Federasiyasında (FBiH) qurulacaq hökumətin uğur qazana bilməyəcəyini deyib. Partiyası SDA-nın Bosniya və Herseqovina Federasiyasında özünə ən yaxın partiyadan iki dəfə çox səs aldığını ifadə edən B.İzzetbegoviç parlamentdə ən güclü komponentin SDA və Demokratik Cəbhə (DF) olduğunu qeyd edib.

DF lideri Zeljko Komsiç ilə birlikdə 440 mindən çox səs topladıqlarını vurğulayan B.İzzetbegoviç deyib ki, bu, hökumət qurmaq üçün koalisiyaya gedən 11 partiyanın səslərinin cəmindən çoxdur.

Mission News Theme by Compete Themes.