Press "Enter" to skip to content

DİM əməkdaşlığa dəvət edir

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 24 Fevral 2023 14:09

BAYRAQDAR MEDİA – “Dövlət İmtahan Mərkəzinin Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına zal nəzarətçisi qismində ali təhsilli musiqiçi şəxslər tələb olunur”.

Bu barədə DİM-dən verilən məlumatda deyilir.

Qeyd edilir ki, instrumental ifaçılıq, xalq çalğı alətləri ifaçılığı, musiqişünaslıq, bəstəkarlıq, dirijorluq, populyar musiqi və caz ifaçılığı, vokal sənəti ixtisasları üzrə ali təhsili, bu sahə üzrə iş təcrübəsi (pedaqoji və ya ifaçılıq) və sənədlərlə işləmək bacarığı olan şəxslər musiqi sənəti istiqaməti üzrə keçirilən qabiliyyət imtahanlarında zal nəzarətçisi olmaq üçün Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər.
Bildirilir ki, musiqi sənəti istiqaməti üzrə imtahanlar iyun-avqust aylarında şənbə və bazar günləri daxil olmaqla həftə ərzində keçirilir: “İmtahanlar gün ərzində 1 və ya 2 növbəli olur. Hər növbə üçün müvafiq əmək haqqı ödənilir”.

Məlumata əsasən, nəzarətçinin vəzifələrinə abituriyentin sənədlərini yoxlamaq, imtahan zalında nizam intizam qaydalarını qorumaq, videoçəkilişin aparılması üçün lazımi avadanlıqla işləmək və abituriyentə verilən imtahan nəticəsi barəsində imtahan protokolunu doldurmaq daxildir: “Müraciət etmək istəyənlər anket formasını dolduraraq g.qulamova@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Ətraflı məlumat üçün namizədlər (012) 3105316 (daxili 1339) nömrəsi ilə əlaqə saxlaya bilərlər”.

Mission News Theme by Compete Themes.