Press "Enter" to skip to content

“Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz

Vüqar Bayramov

BAYRAQDAR MEDİA – “Bu gün “Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlması ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab vermək zərurəti yaranıb. Bununla bağlı bildirmək istərdim ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilər.”

Bu sözlər Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramova aiddir.

Deputat daha sonra əlavə edir k, “haqsız rəqabətə gəldikdə isə, rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil. Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədə uyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb”.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının da çox geniş istifadə etdiyi “Trendyol” onlayn satış xidmətinin ölkədə qadağan ediləcəyi haqqında fikirlər sosial mediada tirajlanır. Deputat da məhz ona görə bu açıqlamanı yaymağı uyğun görüb.

Mission News Theme by Compete Themes.