Press "Enter" to skip to content

Zəlzələ bölgəsi üçün daha bir fədakarlıq

Son yeniləmə: 24 Fevral 2023 15:09

BAYRAQDAR MEDİA – Türkiyə fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin yaralarını sağaltmağa çalışır.

Öz əl tikimi ayaqqabıları ilə məşhur olan Denizlidə, Acıpayamın Yeşilyuva məhəlləsində də müvafiq addımlar atılır.

Deda Haber bildirir ki, buradakı ayaqqabı satıcıları alqışlanacaq hərəkata imza atmaq istəyirlər: “Əl istehsalı ayaqqabıları ilə məşhur olan Yeşilyuiva rayonunda ayaqqabı satıcıları zəlzələ bölgəsində zəlzələ qurbanları üçün ucuz ayaqqabı istehsal etmək qərarına gəliblər. Satıcılar zəlzələdən zərər çəkənlərə göndəriləcək sifarişlərdə maya dəyərinin aşağı istehsal təmin edəcəklərini bildiriblər”.

Bununla bağlı sosial mediada edilən paylaşımda, “Zəlzələ bölgəsində ayaqqabı bağışlamaq istəyən xeyriyyəçilərə “Yeşilyuva Ayaqqabıçılar Sanayi Sitesi”nin satıcıları tərəfindən öz qiymətinə ayaqqabı veriləcək” deyə bildirilib.

Mission News Theme by Compete Themes.