Press "Enter" to skip to content

İran onları müalicə edir: Taliban, PKK indi də erməni işğalçıları

Bulut Alemdar

Son yeniləmə: 28 Fevral 2023 14:53

Bulut Alemdar: Azərbaycana qarşı düşmənçilik fars-molla rejiminin gözünü o qədər örtüb ki, onlar hər şeyi etməyə hazırdırlar və edirlər

BAYRAQDAR MEDİA – “İran hər zaman belə edib. Terrorçulara, işğalçılara, qan tökənlərə dəstək vermək İranın mövcud rejiminin mahiyyətini təşkil edir”.

Bunu İranın son addımını BAYRAQDAR MEDİA üçün şərh edən Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Mərkəzi Şura üzvü Bulut Alemdar deyib.

İran Azərbaycana qarşı vuruşmuş erməniləri müalicə edəcək

Xatırladaq ki, İranın əmək və sosial təminat naziri Seyid Sultan Mortazavi fevralın 27-də Ermənistana səfər edib. Səfər zamanı iranlı nazir deyib ki, ölkəsi 2020-ci ilin Ermənistan-Azərbaycan savaşında yaralanmış erməni əsgərlərinin müalicəsinə yardım etməyə hazırdır. O, qeyd edib ki, ölkəsi erməni əsgərlərinin bərpa-müalicə işlərində öz təcrübəsini təqdim etməyə, onlara yardımçı olmağa hazırdır.

B.Alemdar bildirib ki, bir vaxtlar Talibanın rəhbər və döyüşçüləri də gəlib İranda müalicə olunurdular: “Həmçinin, “Əl-Qaidə” terror təşkilatının lideri Bin Ladenin qohumlarının Tehranda müalicə olunduğu xəbərini dünya mediası yaymışdı. Bir dəfə də PKK terror təşkilatının başçısı, körpə qatili Abdullah Öcalanın qardaşı demişdi ki, “PKK yaralılarının çoxunu biz İrandakı xəstəxanalarda İran dövlətinin dəstəyi ilə müalicə etdiririk”. Yəni İran terrorçu, işğalçı, separatçıları hər zaman dəstəkləyir və onlara hərtərəfli yardımlar edir. Bu baxımdan ermənilərlə bağlı rejimin sərgilədiyi mövqe də təəccüblü deyil”.

Onun sözlərinə görə, İranın mövcud rejiminin başından bəri Ermənistanın işğalçılıq siyasətini dəstəklədiyi, işğalçılara bütün sahələrdə yardım etdiyi sirr deyil: “İndi də İran Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfərini heç cür qəbul edə bilmir. Buna görə də Azərbaycana qarşı bütün vasitələrə əl atır. Bu vasitələrin bir qısmı mehriban qonşuluq ruhuna, bir qismi isə beynəlxalq hüquqa ziddir. Lakin kin, qəzəb, Azərbaycana qarşı düşmənçilik fars-molla rejiminin gözünü o qədər örtüb ki, onlar hər şeyi etməyə hazırdırlar və edirlər”.

B.Alemdar deyib ki, İranın əmək və sosial təminat naziri Seyid Sultan Mortazavinin son açıqlaması da bu düşmənçilikdən doğur: “Bəlkə də o Ermənistan əsgərlərinin İran xəstəxanalarında müalicəsinə heç ehtiyac da olmayacaq. Sadəcə fars-molla rejimi Azərbaycana qarşı olaraq bu cür açıqlamalar verir. Onlar bununla sanki təsəlli tapırlar. Amma böyük yanlışlıqlara yol verirlər. Çünki İranın bu düşmən yanaşması bumeranq effekti verir və verəcək. O mənada ki, fars-molla rejiminin bu düşmən yanaşması ilk növbədə Güney Azərbaycanda qəzəblə qarşılanır. Hər atılan belə bir addımdan sonra fars-molla rejimi Güney Azərbaycanda onsuz da zəif olan mövqeyini bir qədər də sarsıtmış olur”.

Mission News Theme by Compete Themes.