Press "Enter" to skip to content

Kosova Türkiyə Məzunları Dərnəyi üç min avroya yaxın vəsait toplayıb

Məzunlar yardım qəbzini səfirə təqdim edərkən

Son yeniləmə: 28 Fevral 2023 17:56

BAYRAQDAR MEDİA – Kosova Türkiyə Məzunları Dərnəyi fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə bağlı yardım kampaniyasına başlayıb.

Bu barədə Balkan Post məlumat yayıb.

Bildirilib ki, bunula bağlı Dərnək tərəfindən açıqlama yayılıb. Açıqlamada, “Türkiyə Cümhuriyyətinin bir çox vilayətində baş verən zəlzələyə görə böyük ağrı və kədər içindəyik. Bu gün türk xalqı ilə həmrəylik ruhunu göstərmək vaxtıdır. Bu səbəbdən biz bu gün bu zəlzələdən zərər çəkənlərə humanitar yardım kampaniyasına başlayırıq” deyilib.

Bu çağırışdan sonra Türkiyə məzunları bu kampaniyaya böyük maraq göstəriblər. Dərnək üzvləri Türkiyənin səfiri Sabri Tunç Angılını ziyarət edərək məzunlar tərəfindən toplanan və AFAD-ın hesabına köçürülən  2895 avro məbləğində bank qəbzini təhvil veriblər.

Mission News Theme by Compete Themes.