Press "Enter" to skip to content

Ersin Tatar müalicə alan zəlzələ qurbanlarını ziyarət edib

Ersin Tatar yaraılıları ziyarət edərkən

BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı Ersin Tatar Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan zəlzələ qurbanlarını ziyarət edib, onlara şəfa diləyib.

Kibris Türk xəbər verir ki, E.Tatar Türkiyənin zəlzələdən zərər çəkmiş 3 şəhərinə səfəri çərçivəsində Kahramanmaraşdan sonra Adanaya gedib.

Zəlzələ qurbanlarına şəfa diləyən E.Tatar, “Ağrımız böyükdür” deyib. O, zəlzələ fəlakətinin KKTC-də də ürəkləri parçaladığını bildirib.

Cümhurbaşqanı “Uşaqlarımızı və körpələrimizi Adıyamanda itirdik. Adıyamandakı Isias otelinin dağıntıları altında Gazimağusa TMK tələbə voleybolçuları, ailələri və müəllimləri ilə birlikdə 35 nəfər, ümumilikdə 50 KKTC vətəndaşı zəlzələ zamanı həyatını itirdi” deyə qeyd edib.

Mission News Theme by Compete Themes.