Press "Enter" to skip to content

Görkəmli elm adamı və ictimai xadimin 75 illiyinə sərgi

Sərginin elanı

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında fizika-riyaziyyat elmləri doktoru, professor, ictimai xadim, şair, yazıçı, publisist, tərcüməçi, Xəzər Universitetinin və Dünya məktəbinin təsisçisi Hamlet İsaxanlının 75 illik yubileyi münasibətilə kitab sərgisi təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya martın 2-də MEK-dən daxil olub.

Xəbərdə bildirilib ki, “sərgidə çox geniş yaradıcı fəaliyyətlə məşğul olan H. İsaxanlının “Poetik tərcümələr”, “Bu da bir həyatdı”, “Elm və sənət məclisi”, “Azərbaycan sevgi poeziyası”, “Müasir dünyada ali təhsil sistemində nələr baş verir”, “The Azerbaijan language” kimi dərslik, monoqrafiya və poetik əsərləri, tərcümələri, həyat və fəaliyyətindən bəhs edən “Hamlet İsaxanlı. Alim və qurucu ömrü” kitabı nümayiş etdirilir”.

Qeyd edək ki, sərgi 15 gün ərzində davam edəcək.

Mission News Theme by Compete Themes.