Press "Enter" to skip to content

Bələdiyyə başqanı zəlzələ bölgəsinin uşaqları ilə bir arada

Son yeniləmə: 3 Mart 2023 11:10

BAYRAQDAR MEDİA – Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən və təbii fəlakət bölgələrindən gələn bəzi vətəndaşlar Sivrihisardakı KYK yataqxanasına yerləşdirilib.

Eskişehir.com saytı xəbər verir ki, Sivrihisar Bələdiyyə başqanı Hamit Yüzgüllü onların yerləşdiyi əraziyə baş çəkib. O, zəlzələdən zərər çəkən ailələrlə söhbət edib, tezliklə sağalmaq diləyini çatdırıb.

H.Yüzgüllü uşaqlara müxtəlif hədiyyələr verib, onlarla oyunlar oynayıb. Görüşü maraqlı edən məqamlardan biri də Bələdiyyə başçısının uşaqlara Nəsrəddin Hoca (Molla Nəsrəddin) barədə söhbəti olub.

Bələdiyyə başqanı uşaqlardan Nəsrəddin Hoca və lətifəlrəi haqqında soruşub. Uşaqlar da bildikləri lətifələri danışıblar.

Mission News Theme by Compete Themes.