Press "Enter" to skip to content

I mərhələnin nəticələri bəlli olub

BAYRAQDAR MEDİA – Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən II Bakı Elm Olimpiadasının I mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 3-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II (final) mərhələsində iştirak üçün vəsiqə qazanıb.

Qeyd edilib ki, olimpiadanın I mərhələsində 318 ümumi təhsil müəssisəsindən 950 şagird iştirak edib: “Komanda şəklində yarışan VIII və IX sinif şagirdləri 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetiriblər. Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir”.

Mission News Theme by Compete Themes.