Press "Enter" to skip to content

Mədəniyyət Nazirliyi ilə AYB arasında əməkdaşlıq müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – Martın 2-də Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli ilə Azərbaycan Yazıçılar Birliyində qurumun rəhbərliyi ilə görüş olub.

Bu haqda xəbər Mədəniyyət Nazirliyinin paylaşdığı xəbərdə deyilir.

Xəbərdə bildirilib ki, “görüş zamanı Adil Kərimli mədəniyyətin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb, görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr üzrə onların təkliflərini dinləmək olduğunu bildirib”.

Görüşdə həmçinin Mədəniyyət Nazirliyi ilə AYB arasında əməkdaşlığın genişləndirilməsi, peşəkar kadr hazırlığı, kitab və kitabxana sahəsindəki çətinliklərin aradan qaldırılması və digər məsələlərlə bağlı fikirlər səsləndirilib.

Mission News Theme by Compete Themes.