BAYRAQDAR MEDİA – ABŞ-ın nüfuzlu Stenford Universitetində Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Dilim ölsə, məndə ölərəm” mövzusunda seminar keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 3-də Diasporla İş üzrə Dövlət Komitəsindən çəlumat verilib.
Quzey Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin dəstəyi və Stenford Azərbaycanlı Tələbələr Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan seminarda öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məlumata əsasən, Toronto Universitetinin professoru Dr. Lalə Cavanşirin təqdimatında gerçəkləşdirilən seminarda doğma dilin həyatımızda və milli kimliyimizin formalaşmasında oynadığı rola diqqət cəlb edilib: “Şifahi və yazılı dilin əhəmiyyəti,iqtisadi inkişafın və siyasi gücün formalaşmasına, elitar və intellektual insanların şüurunatəsiri, Azərbaycan xalqının, xüsusilə də diasporun bu məsələdə olan boşluqları necə aradan qaldıra biləcəyi ətrafında müzakirələr aparılıb”.





