Press "Enter" to skip to content

Tanrı dağının ətəyində…

Narın şəhərindəki Atatürk uşaq bağçası

Qırğızıstandakı Atatürk uşaq bağçasından zəlzələdən sağ çıxanlara kömək

BAYRAQDAR MEDİAQırğızıstanın sərhəd bölgəsindəki Tyan Şanın ətəyində yerləşən Narın şəhərindəki Atatürk uşaq bağçasının şagirdləri oyuncaqlarını zəlzələ qurbanlarına göndəriblər.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, Atatürk Körpələr evi və uşaq bağçası Türkiyənin Etimesqut rayonunun dəstəyi ilə ötən il inşa edilib.

Etimesqut Bələdiyyəsindən verilən açıqlamaya görə, bağçada təhsil alan uşaqlar Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələləri, zəlzələnin yaratdığı dağıntıları və ağrıları ifadə edən yazı və şəkillərlə məktəbin divarlarını bəzəyiblər.

Həmçinin bildirilib ki, uşaqlar uşaq bağçasında oynadıqları oyuncaqları zəlzələ bölgəsindəki uşaqlara göndərmək üçün qutulara yığıblar.

Oyuncaqların Etimesqut Bələdiyyəsi vasitəsilə zəlzələdən zərərçəkənlərə çatdırılacağı bildirilib.

Mission News Theme by Compete Themes.