Press "Enter" to skip to content

YARAT Müasir İncəsənət Məktəbi tələbələrinin yekun sərgisi

Babil 2.0

BAYRAQDAR MEDİA – Əməkdar rəssam Sabina Şıxlinskayanın müəllif kursu olan YARAT Müasir İncəsənət Məktəbi tələbələrinin yekun buraxılış sərgisi keçiriləcək.

Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidistiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramları uğurla həyata keçirilib. Yekun nəticə olaraq 27 tələbə proqramın müxtəlif incəsənət sahələrinə yiyələnərək 3 fərqli buraxılış layihəsini hazırlayıb. Zaman və məkan cəhətdən yaxınlaşan dünyada qarşılıqlı asılılıqlar, mədəni gediş-gəlişlər sadələşir. Bu isə mənəvi aşınmalara, xalqların özünəməxsusluğunun itməsinə, mədəni eyniliklərə səbəb ola bilir. Qloballaşmanın gətirdiyi yaxınlığı həm də insanlar arasında mənəvi böhran, ünsiyyət əlaqələrinin kəsilməsi və yadlaşma hissi müşayiət edir”.

Qeyd edək ki, “Babil 2.0”, “Keçmiş̧ nəsillərdən qalan izlər” və “Dərman arardım dərdimə” mövzularında təqdim ediləcək sərgilər ümumilikdə 16 mart-04 may tarixlərini əhatə edəcək.

İctimai proqramlar üzrə moderatoru Asim Adgözəl olan sərgilərin iş rejimi çərşənbə axşamı-bazar, 12:00-20:00-da olacaq.

Mission News Theme by Compete Themes.