Press "Enter" to skip to content

Manatın dollara nisbətən məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq

Millət vəkili Vüqar Bayramov

Vüqar Bayramov: Ortada olan nəticələr göstərir ki, bütövlükdə dolların digər valyutalara nisbətən məzənnəsində möhkəmlənmə var

BAYRAQDAR MEDİA – “Bütövlükdə biz dünyada dolların məzənnəsinin möhkəmlənməsini müşahidə edirik. Bu, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) həyata keçirdiyi sərt monetar siyasət fonunda özünü daha da açıq gösətirir”.

Bunu dünyada, qlobal bazarda getdikcə dollar qıtlığı yaranmasını BAYRAQDAR MEDİA üçün dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu həftə valyuta bazarları sabit başlayıb: “Lakin 2022-ci ilin ikinci yarısından etibarən bu günə kimi davam edən proses, ortada olan nəticələr göstərir ki, bütövlükdə dolların digər valyutalara nisbətən məzənnəsində möhkəmlənmə var. Təbii ki, bir tərəfdən Birləşmiş Ştatların xərclərində də artımlar var. Digər tərəfdən FED emissiya məsələsinə çox həssas yanaşır. Çünki daha çox dolların dövriyyəyə buraxılması bütövlükdə ABŞ milli valyutasının məzənnəsinə mənfi təsir göstərə bilər”.

Son proseslərin Azərbaycanda dolların bahalaşmasına səbəb olub-olmayacağına gəlincə, V.Bayramov öncə onu bildirib ki, qlobal bazarlarda dollar yenə də aparıcı valyuta olaraq qalacaq: “Bu gün yığımların 60 faizindən çoxu ABŞ dolları ilə aparılır. Amma bütövlükdə manatın dollara nisbətən məzənnəsi Mərkəzi Bankın qərarından asılı olacaq. Yəni önümüzdəki dövrlərdə dünya bazarında dollar qıtlığı fonunda manatın dollara nisbətən məzənnəsi Mərkəzi Bankın mövqeyindən, qəbul edəcəyi qərarlardan asılı olacaq”.

Mission News Theme by Compete Themes.